Previous Next
Bağla

Yelo Bank-ın dəstəyi, AmCham Azərbaycanın təşkilatçılığı ilə "Green Finance Conference" keçirilib

26-09-2024 11:31
Yelo Bank-ın dəstəyi, AmCham Azərbaycanın təşkilatçılığı ilə "Green Finance Conference" keçirilib

Sentyabrın 24-ü Yelo Bank-ın maliyyə tərəfdaşlığı və AmCham Azərbaycanın təşkilatçılığı ilə keçirilən "Green Finance Conference" tədbiri uğurla yekunlaşıb.

COP29 ərəfəsində və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maliyyə sektorunun gündəmində olan mövzuların müzakirə edildiyi konfransa yerli və beynəlxalq ekspertlər qatılıb.

Konfransın əsas məqsədi yerli perspektivləri qlobal təcrübə ilə əlaqələndirmək, davamlı maliyyə, yaşıl investisiyalar üzrə fikir mübadiləsi aparmaq olub. Konfransın açılış nitqində AmCham Azərbaycan-ın prezidenti Dəyanət Sədullayev, Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə, AmCham-ın Bank, Maliyyə, Sığorta komitəsinin rəhbəri və Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Günay Cəlilova çıxış edib. Onlar öz çıxışlarında davamlı maliyyə prinsiplərinin Azərbaycanın iqtisadi və maliyyə sahəsinə inteqrasiyasının vacibliyini xatırladaraq, konfransın bu missiyada rolunu vurğulayıblar. Konfrans “Davamlı bazar imkanları”, “Davamlı maliyyə məhsulları”, “Yaşıl maliyyə investisiyaları və infrastruktur” mövzularını əhatə edən 3 paneldən ibarət olub.

Dünya Bankının Azərbaycan üzrə meneceri Stefani Stallmeister-in moderatorluğu ilə keçirilən birinci paneldə Masdar Azerbaijan-ın direktoru Murad Sadıqov, Azerbaijan Green Energy Company-nin maliyyə direktoru və İdarə Heyətinin üzvü Xəyalə Nağıyeva, Rabobank Braziliyanın Davamlılıq şöbəsinin rəhbəri Taciano Custodio, Garanti BBVA-nın Davamlı maliyyə departamentinin rəhbəri İrem Barzilay iştirak edib. S.Stallmeister öz çıxışında Azərbaycanın İqlim və İnkişaf Hesabatını təqdim edərək, ölkənin iqlim məqsədlərinə çatmaqda irəliləyişini vurğulayıb.

İkinci panel Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Dayanıqlı Maliyyə  mütəxəssisi Leyla Hüseynlinin moderatorluğu altında IFC-nin Əməliyyatlar üzrə mütəxəssisi Kirilo Muxomedzyanov, Visa-nın Azərbaycanda baş direktoru və regional meneceri Nurlan Hacıyev, Bank of Georgia-nın ESG & Davamlılıq şöbəsinin rəhbəri Ana Osadze və Unibank İdarə Heyətinin Sədri Fərid Abuşovun iştirakı ilə keçirildi. Onlar yaşıl portfelin inkişafı, yaşıl və mavi istiqrazlar, eləcə də yaşıl hesablama üsulları haqqında öz təcrübələrini bölüşdülər.

Unicapital-ın baş direktoru Vüqar Namazovun moderatorluq etdiyi üçüncü panelin əsas mövzusu isə yaşıl maliyyə investisiyaları və infrastrukturuna həsr olunub. Burada texnologiyadan səmərəli istifadədən başlayaraq, yaşıl yuyulmanın qarşısının alınmasınadək bir çox gündəmdə olan mühüm məsələlər müzakirə edilib. Paneldə Astana Yaşıl Maliyyə Mərkəzinin (AIFC) sədri Manas Gizhduaniyev, Unibank-ın Dayanıqlı İnkişaf üzrə meneceri Səmra Talışinskaya-Abbasova, IFC-in ESG üzrə məsləhətçi qrup rəhbəri Boris Janjalia və Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov iştirak ediblər.

Yelo Bank bu kimi tədbirlərdə fəal iştirakı ilə ölkənin aşağı karbonlu, dayanıqlı iqtisadiyyata keçidini dəstəkləyir. Bu fəaliyyət çərçivəsində hazırda Bank-da davam edən "Yaşıl Əmanət" aksiyası üzrə oktyabrın 31-dək Yelo-da əmanət hesabı açan müştərilərin adına ağac əkilir. Gəlir qazanmaq, eyni zamanda doğma Bakımızın daha da yaşıllaşması üçün siz də Yelo Bank-da əmanət yerləşdirə bilərsiniz: https://bit.ly/3AZlic7

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yelo Bank “Mastercard: Customer Tech Conference”ə ev sahibliyi edib

23-01-2025

Yelo Bank "Sibos 2022" beynəlxalq konfransında iştirak edir

12-10-2022

COP29 ərəfəsində dayanıqlı maliyyə sahəsində bazara bir çox yeniliklər gələ bilər

31-01-2024

Yelo Bank-da əmanət hesabı aç, 11.5 faiz qazan!

23-08-2022

ABB müştərilərə yaşıl sertifikatlara investisiya imkanı yaradır

15-11-2024

KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

06-12-2024

ABB COP29-un əsas bank tərəfdaşıdır!

29-10-2024

Yelo Bank-ın əmanət və kredit portfelləri yarım milyardı ötdü  

25-07-2022

İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

16-11-2024

ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında anlaşma imzalandı!

14-11-2024

Yelo App ən rahat mobil tətbiq seçildi

18-10-2022

Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

24-11-2022

Biznes sahiblərinə Yelo Bank-dan parlaq kredit şərtləri

29-07-2022

Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

30-10-2024

“Yelo Summer Challenge” proqramının iştirakçıları seçildi

21-07-2022

“Bank sektorunda blokçeyin texnologiyası araşdırılmalıdır”

23-11-2017

Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə üzv olub

05-02-2025

ABB 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatını açıqladı!

05-06-2024

"Green Hackathon 2024" layihəsi başa çatıb

30-10-2024

Bakı Fond Birjası “Tabadul” rəqəmsal platformasına qoşulur

17-04-2025

ABB SIBOS 2025 beynəlxalq konfransında!

29-09-2025

Yelo Bank-dan uşaq futboluna növbəti dəstək  

22-02-2023

Salyanda “Yelo Bank ilə məktəbə sarı” aksiyası keçirilib

08-09-2022

Azercell “Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” adlı panel müzakirəsi keçirib

25-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə